Şəkərli diabet ilə yanaşı gedən xəstəliklərin icmalı

Şəkərli diabet ilə yanaşı gedən xəstəliklər - şəkərli diabet ilə bağlı risklər hansılardır?

Təxminən yeddi milyon insan Almaniyada şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Maddələr mübadiləsinin pozulması qanda şəkərin daim artmış səviyyəsinə səbəb olur. Əksər hallarda şəkərli diabet xaincəsinə inkişaf edir və buna görə də bir çox hallarda gec aşkar olunur. Qan şəkərinin pis idarə olunan səviyyəsi riskləri şəkərli diabet xəstəliyinin çox vaxt özündən daha təhlükəli olan müşayiətedici xəstəliklərdir. Şəkərli diabet ilə yanaşı gedən müxtəlif xəstəliklərin səbəbi həmişə təsirə məruz qalmış şəxslərin qan qlükozasının həddindən artıq yüksək səviyyədə olmasıdır. Bu o deməkdir ki, hüceyrələrdə qlükozanın dağılması yüklənmişdir və oksigen radikalları – daha konkret desək: superoksid anion radikalları çıxarılır ki, bu da əlavə ağırlaşmalara səbəb olur. Onlar əvvəlcə kiçik qan damarları və daha sonra daha böyük damarları zədələyirlər və beləliklə sinir zədələnməsinə, görmə problemləri, və nəhayət böyrək çatışmazlığına səbəb olur. İnfarkt və iflic riski tromboz və ateroskleroz riski səbəbindən əhəmiyyətli dərəcədə artır.

Şəkərli diabet ilə yanaşı gedən xəstəliklər bir çox xəstələrdə baş verir - erkən mərhələdə riski aşkar etmək çox çətindir.

 

MÖVZUNUN XÜLASƏSİ

Diabetik nevropatiya - şəkərli diabetin səbəb olduğu sinir zədələnməsi

Qan damarlarını qanda şəkərin yüksək səviyyəsi zədələdiyi üçün, toxunma hissi və əzələ-sümük sisteminə cavabdeh olan sinirlər artıq kifayət qədər oksigen və qida maddələri ilə təmin edilmir. Hiperglisemiyanın yaratdığı digər metabolik proseslərlə birlikdə (məsələn, AGE və ya "gücləndirilmiş qlikasiyanın son məhsulları" adlanan modifikasiya olunmuş zülalların və/və ya lipidlərin daha yüksək formalaşması), bu, sinirlərin tədricən məhvinə gətirib çıxarır. Bir tərəfdən AGE (maddələr mübadiləsinin tullantı məhsulları) oksigenin aktiv formalarının formalaşmasını artırır və antioksidativ sistemlərə müdaxilə edir; digər tərəfdən, AGElərin formalaşması oksidativ vəziyyət altında artmaqda davam edir və bununla da çıxılmaz vəziyyət yaradır və şəkərli diabet ilə yanaşı gedən xəstəliklərdən ən adisi olan diabetik nevropatiyanın başlanmasına səbəb olur. Demək olar ki, hər üçüncü şəkərli diabet xəstəsi bunun təsirinə məruz qalır və gündəlik həyatda bu vəziyyətin səbəb olduğu ciddi məhdudiyyətlərdən əziyyət çəkir. Sinir sonluqları ürəkdən nə qədər uzaq olarsa, bir o qədər çox qeyri-kafi təchiz olunma riskinə məruz qalırlar. Müvafiq olaraq, bu, adətən ilk növbədə qıçlarda incə sinirlərə təsir edir, bunlar da ağrı və temperatur hisslərinin ötürülməsinə görə cavabdehdir. Nevropatiya bədənin vegetativ sinir sisteminə də təsir edə bilər. O, orqanların və bədənin funksiyalarının muxtar nəzarətinə görə cavabdehdir və insan ona şüurlu şəkildə təsir edə bilməz.

Diabetik nevropatiyanın simptomları

Diabetik nevropatiya, hansı sinirlərin kəskin şəkildə təsirə məruz qaldığından asılı olaraq, müxtəlif yollarla özünü büruzə verə bilər. Nəticədə toxunma hissi, eləcə də ağrı və temperatur hissi itə bilər. Sinirlər artıq sensor qıcıqlandırıcıları göndərə bilmədiyi üçün əzalar keyləşir. Lakin, sinir nasazlıqları da xroniki ağrıya səbəb ola və ya hətta əzalarda iflicə səbəb ola biləcək sancma və ya ürpəşmə kimi paresteziyaya gətirib çıxara bilər. Vegetativ və ya avtonom sinir sistemi təsirə məruz qalarsa, aritmiya baş verə və erektil problemlər və ya sidik kisəsi yığılması çatışmazlığı başlaya bilər. Bəzi şərtlər altında xəstə insanlar üçün nasaz sinirləri səbəbindən təhlükəli diabetik hipoqlikemiyanın əlamətlərini anlamaq daha çətindir. Bu səbəbdən qarşısının alınması müalicədən daha yaxşıdır, məhz buna görə qabaqlayıcı müalicə bu qədər vacibdir.

Diabetik nevropatiyanı müalicə etmək ən düzgün yoldur

Diabetik nevropatiyanın müalicəsi həmişə üç əsas prinsipə əsaslanmalıdır:

  • Qan şəkərinin tənzimlənməsinin optimallaşdırılması ən vacibdir. Buna həyat tərzinin dəyişdirilməsi və lazım olduğu dərəcədə, dərmanların düzgün tənzimlənməsi ilə nail olmaq olar.

  • Müəyyən hallarda, mərkəzi təsir göstərən müvafiq dərmanlarla simptomatik müalicə kömək edə bilər.

  • Üçüncü mühüm prinsip, benfotiamin vasitəsilə AGElərin yuxarıda göstərilən formalaşması kimi patogen metabolik proseslərin bloklanmasıdır. Bu əhəmiyyətli biofaktor ilə təchizat pisləşmənin və son təsirlərin baş verməsinin qarşısını almaq üçün faydalı ola bilər.

Diabetik ayaq - diabetik nevropatiyanın tez-tez baş verən nəticəsidir

Diabetik nevropatiyanın və ya nadir hallarda periferik arteriyaların oklüziv xəstəliyinin səbəb olduğu sinirlərin funksiyasının pozulması ağır hallarda ayağın amputasiyasına gətirib çıxara bilər – Almaniyada təxminən ildə 50 000 dəfə baş verən bir şey. Ayaqdakı sinirlər ölməyə başladığından, xəstələr artıq yaralanmaları və təzyiq nöqtələrini hiss etmirlər. Yaralar asanlıqla mikroba yoluxa və pis qan dövranına görə çox yavaş sağala bilər. Yaraların ətrafında irinliklər formalaşa bilər və ayaq artıq xilas ola bilməyənə qədər toxuma və sümüyə təsir göstərə bilər. Qarşısının alınması və ayaqların müntəzəm yoxlanılması əvəzolunmazdır. Bunu etməklə, hətta kiçik yaralanmalar erkən mərhələdə müəyyən edilə bilər və təhlükəli iltihabların qarşısını almaq olar.

Diabetische Folgeerkrankungen Füße

Şəkərli diabet ilə yanaşı gedən xəstəlik kimi tromboz və periferik arteriyaların okklüziv xəstəlikləri riski

Qan damarlarının divarlarının zədələnməsi zamanla kalsiumun çöküntüsünə gətirib çıxarır və ateroskleroz başlayır. Bu proses arteriyaların daha dar olması səbəbindən qan axınını məhdudlaşdırır. Nəticədə, təcili olaraq lazım olan yerlərə oksigenin kifayət qədər çatmaması baş verir. Bundan əlavə, kalsium çöküntüləri üzərində tromblar meydana gələ bilər. Trombozun və qopan kalsium çöküntülərinin səbəb olduğu infarkt və ya iflic riski kəskin şəkildə artır. Xüsusilə 2-ci növ şəkərli diabeti olan xəstələr iflicə meyllidirlər, çünki onlar tez-tez müşayiət edən lipid mübadiləsi pozuntuları və yüksək qan təzyiqinin təsirinə məruz qalırlar. Lakin, 1-ci növ şəkərli diabeti olan xəstələr də bu vəziyyətdə olmayan xəstələrə nisbətən daha həssasdırlar.

Şarko sindromu şəkərli diabet ilə yanaşı gedən xəstəlik kimi

Ayaq arteriyalarında qan damarlarının daralması  baş verərsə, vəziyyət periferik arteriyaların okklüziv xəstəliyi və ya PAOD kimi tanınır. Əvvəlcə o özünü soyuqluq və iynəli sancmalar hissi ilə, daha sonra isə xüsusilə gəzinti zamanı qıçlarda ağrı ilə büruzə verir. Buna görə təsirə məruz qalmış insanlar bir az istirahət etmək üçün tez-tez dayanmalıdırlar. İrəliləmiş mərhələlərdə bu vəziyyət qan damarlarının tam nekrozuna gətirib çıxara bilər, bu da təsirə məruz qalmış qıçın və ya ayağın amputasiyasına gətirib çıxarır. İlkin simptomlar yalnız arteriyanın 90%-i bloklandıqdan sonra başladığına görə, gecikmiş ağırlaşmaların qarşısını almaq üçün erkən profilaktika vacibdir.

Diabetische Folgeerkrankungen Schaufensterkrankheit

Şəkərli diabetin səbəb olduğu böyrək zədələnməsi - diabetik nevropatiya ikinci dərəcəli xəstəlik kimi

Qan damarları divarlarının daim yüksək olan qan şəkəri səviyyəsinin səbəb olduğu zədələnməsinə, həmçinin böyrəklərin incə qan damarlarına (kapilyarlarına) təsir göstərir. Böyrək cisimciyi tədricən fəaliyyətini dayandırdıqda, əhəmiyyətli böyrək filtrasiya funksiyası ilə həyata keçirilən bədənin detoksifikasiyası davamlı olaraq pisləşir. On diabet xəstəsindən biri diabetin səbəb olduğu böyrək zədələnməsindən əziyyət çəkir. Zədələnmə artıq diabetin erkən mərhələsində mövcud ola bilər və hiss olunmadan uzun müddət pisləşə bilər. Göz və dərinin sarımtıl rəngsizləşməsi kimi zəhərlənmənin tipik simptomları və zəhərlənmə əlamətləri bir çox xəstələrdə yalnız son kliniki mərhələdə meydana çıxır. Ən pis halda, böyrəyin funksiyası tamamilə dayana bilər. Bu zaman yeganə çarə dializ və ya böyrək transplantasiyası olur. Xəstəliyin erkən mərhələlərində qan testi artıq mövcud vəziyyəti göstərə bilər və buna görə də müntəzəm olaraq aparılmalıdır.

Tor qişası zədələnməsi şəkərli diabetin ikinci dərəcəli xəstəliyi kimi - diabetik retinopatiya

Tor qişasındakı kapilyarlar da həmçinin qanda şəkərin yüksəlmiş səviyyəsinin nəticələrinin təsirinə məruz qalır. Diabetik retinopatiya korluğun daha çox rast gəlinən səbəblərindəndir. Tor qişasında kiçik, incə arteriyalar ölür və anevrizmalar və damarların tıxanması meydana gəlir. Ölən arteriyaların itkisini kompensasiya etmək üçün yeniləri formalaşır, lakin onlar asanlıqla qırıla bilir və torlu qişanın ayrılmasına səbəb ola bilər. Digər profilaktik tədbirlərlə yanaşı, lazer müalicəsi tor qişasına simptomların pisləşməsini dayandırmağa kömək edə bilər.

Diabetische Folgeerkrankungen Auge

Şəkərli diabet ilə yanaşı gedən xəstəliklərinin erkən tanınması və qarşısının alınması

Şəkərli diabet diaqnozu qoyulduqdan sonra, şəkərli diabetlə əlaqədar yarana biləcək xəstəliklər yoxlanılmalıdır. Xəstəliyin gedişatı zamanı şəkərli diabet xəstələri sinirlərin zədələnməsi və qan dövranının pozulması ilə bağlı mütəmadi olaraq müayinə olunmalıdırlar ki, mümkün əlaqədar xəstəlikləri müalicə oluna biləcəkləri erkən mərhələlərdə müəyyən etmək mümkün olsun. Ən ümumi simptomlar barəsində məlumat almaq üçün xəstə ilə ətraflı söhbət etdikdən sonra həkim, qan təzyiqini ölçməli və refleksləri yoxlamalıdır. Sinir həssaslığı kamerton yoxlaması ilə yoxlanılır, bu zaman vurulmuş kamerton sinir həssaslığının titrəyişləri anladığını yoxlamaq üçün ayağın üzərinə yerləşdirilir.

Sağlam həyat tərzi şəkərli diabet ilə yanaşı gedən xəstəliklərin qarşısını almağa kömək edir

Şəkərli diabet xəstələrinin şəkərli diabetin səbəb olduğu müxtəlif ikinci dərəcəli xəstəliklərin baş verməsinin qarşısını almaq üçün qəbul edə biləcəkləri bəzi tədbirlər var (onlara tutulmağın və ya onların inkişaf riskini azaldan). İlk növbədə, siqaret və alkoqol istehlakının qarşısını xeyli almaq lazımdır. Siqaret qan damarlarına təsir göstərir, əlavə olaraq yüksək qan şəkəri səviyyəsinin zədələdiyi arteriyalar üçün təhlükə yaradır. Diabetik nevropatiya mövcuddursa, neyrotoksin alkoqolundan xüsusilə qaçınmaq lazımdır. Bu müddət ərzində qaraciyər (içki içdikdən sonra alkoqolun parçalanması üçün işləyərək) qan şəkərinin səviyyəsini tənzimləmək vəzifəsini yerinə yetirə bilmir. Bu hipoqlikemiyaya gətirib çıxara bilər.

Diabetische Folgeerkrankungen Gemüse

Sağlam və tarazlaşdırılmış qidalanma kifayət qədər fiziki məşğələlərlə birlikdə və artıq çəkidən qaçınmaqla, şəkərli diabetin mövcudluğuna baxmayaraq, daha uzun müddət şikayətsiz qalmağa kömək edir. Qan şəkəri səviyyəsinə əlavə olaraq, qan təzyiqi və qan lipidləri təhlükə altında olan qan damarlarını daha da qorumaq üçün yaxşı idarə olunmalıdır. Bu halda unutmaq lazım deyil ki, müəyyən şəkərli diabet dərmanlarının qəbulu həmçinin damarları zədələyə bilər – metformin aktiv maddəsi B12 vitamininin və fol turşusunun səviyyəsini aşağı salır. Lakin, bu vitaminlər homosistein mübadiləsinin tənzimlənməsinə görə cavabdehdir. Homosisteinin yüksək konsentrasiyası, öz növbəsində, qan damarına zərər verə bilər. Beləliklə, dərmanın istəmədən dolayı yolla şəkərli diabet ilə əlaqədar tipik xəstəliklərə yol açması baş verə bilər. Buna görə də, şəkərli diabet dərmanlarının daimi istifadəsi zamanı bu mühüm B vitaminləri üçün qan testi əvəzolunmazdır.

© 2016 Wörwag Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasınaimic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

daha ətraflı