Aşağıdakı müsahibəsində Monika Wörwag və Dr. Marcus Wörwag ailə şirkətinin üstünlükləri, mədəni fərqlərin əhəmiyyəti və hər bir işçinin nəyə görə sahibkarlıq dünyagörüşünə malik olması haqqında danışırlar.
Aşağıdakı müsahibəsində Monika Wörwag və Dr. Marcus Wörwag ailə şirkətinin üstünlükləri, mədəni fərqlərin əhəmiyyəti və hər bir işçinin nəyə görə sahibkarlıq dünyagörüşünə malik olması haqqında danışırlar.
Wörwag Pharma şirkətinin hekayəsi 1965-ci ildə atanız tərəfindən Stuttgart-Zuffenhausen şəhərində şəhər aptekinin açılması ilə başladı. Siz hələ də onu görməyə gedirsinizmi?
Marcus Wörwag: Bizim ailəmiz Zuffenhausen şəhərindəndir, bizim beynəlxalq orientasiyamıza baxmayaraq, köklərimiz hələ də ordadır. Hətta hal-hazırda bizim aptekimiz hələ də şirkətə tabedir. Mən hələ də müştəri bazası ilə yaxından əlaqə saxlayır və əczaçılar, həkimlər və xüsusilə də, xəstələri başa düşürəm. Nəticədə, məhz müalicəyə ehtiyacı olan insanları ən yaxşı dərmanlarla təchiz etmək məqsədilə, bizim əsas vəzifəmiz 50 ildir ki dəyişmir.
30-dan çox ölkədə Şəhər aptekindən beynəlxalq iştirakçıya – bu uğur hekayəsi necə yazılmışdır?
Monika Wörwag: İşə başladığımız andan etibarən, atamız həyatını tam olaraq şirkətə həsr etmişdir. Onun fəlsəfəsi hələ də tətbiq olunur: "İnsan diqqət mərkəzindədir." Xüsusilə də, diabet və onun komorbidləri: ürək-damar xəstəlikləri və diabetik nevropatiya. Bu vəziyyətə uyğun preparatlar, mineral və vitaminlər – biofaktorlar – şirkətin naturopatik prioritetlərini təmsil edir.
Marcus Wörwag: Milgamma, Thiogamma və Magnerot kimi uğurlu dərman preparatlarımız vasitəsilə, şirkət düzgün məhsullara güvənmişdir, düzgün bazarlar isə uğurumuzun əsas mahiyyətini təşkil etmişdir. Wörwag Pharma Şərqi Avropa bazarlarının potensialını tanıyan ilk şirkətlərdən biri olmuş və orada şəxsi biznesimizi yaratmışdır.
Bu böyümənin əsas məqsədi insan idi: bizim işçilərimiz. İşə başladığımız andan etibarən, biz müştəriyə yaxın olan və bizimlə birbaşa əlaqəsi olan müxtəlif ölkələrdən olan ekspertlərdən təşkil olunmuş özünə güvənən komandalara etibar edirik.
Monika Wörwag: Biz müstəqil və özünə güvənən işçiləri qətiyyətlə müdafiə etdiyimiz üçün, onlar özlərini Wörwag Pharma şirkətinə həsr edirlər. Bu biliklərin kombinasiyası, işin keyfiyyəti, zəruri dünyagörüşü və mühüm qərarların verilmə sürəti şirkətin uğur hekayəsini təşkil edir.
Bu cür inkişaf Wörwag Pharma üçün nəyi ifadə edir?
Marcus Wörwag: Hər şeydən əvvəl, mühüm məqamlara diqqətlə yanaşmaq lazımdır. Kiçik və böyük məqsədləri gözdən qaçırmaq olmaz çünki biz illərdir bu işlə məşğul oluruq: bazarların, satış və məhsulların çeşidinin sürətlə genişlənməsi. Bundan qaynaqlanan bütün qərarlar hər kəsin mənfəətinə əsaslanan yanaşmaya əsaslanır. Buna görə də, bizim sahibkarlıq qərarlarımız heç bir zaman qısamüddətli məqsədlər üçün deyil, davamlı və dayanıqlı uğurlar üçün nəzərdə tutulmuşdur.
Monika Wörwag: Biz bu yanaşmanı təkcə işçilərimizə deyil, onların ailələrinə də göstəririk. Bir tərəfdən, şirkətin maliyyə müstəqilliyi bizim üçün önəmlidir, bu, bank və investorlardan asılı olmamaq hissidir. Digər tərəfdən isə işçilərimizin müstəqilliyi vacibdir, çünki onlar həm fərdi, həm də komanda iştirakçıları kimi töhvə vermək və məsuliyyəti öz üzərinə götürməyi təşviq edirlər.
Diabet dərmanları və biofaktorları üzrə necə uğur əldə edirsiniz?
Marcus Wörwag: Biz birmənalı profilə malik aydın bir mövqəyə sahibik: əsas hədəf qrupu üçün xüsusi şəkildə hazırlanmış məhsullar. Bir sözlə, biz bütün bilik və təcrübələrini bu hədəf qrupa həsr edən mütəxəssislərik. Bundan əlavə, terapevtik konsepsiya və xidmət vasitələri xəstələrə böyük fayda verir. Önümüzdəki onilliklərdə bütün dünyada diabet xəstəliklərinin sayı artmağa davam edəcək. Biz bunu qəbul edir və gələcək öhdəliyimizi görüruk.
Monika Wörwag: Bizim dərman preparatlarımız sadəcə olaraq yüksək keyfiyyətə malik deyil. Biz onlar üzərində həm də ciddi etik və ekoloji cəhətdən uyğun standartlar tətbiq etmişik. Wörwag Pharma dərman preparatlarımız geniş şəkildə tətbiq olunur; Onlar sağlam həyat tərzini təşviq edir və ümumi səhiyyəni təkmilləşdirməlidir.
Sizin məqsədyönlü hədəfləriniz var –onlara necə nail olmaq istəyirsiniz?
Marcus Wörwag: Mən sadəcə bunu təkrar edə bilərəm: mühüm məqamları diqqət mərkəzində saxlamaqla. Birincisi: məhsullarımızın çeşidini artırmaq yolu ilə, bu isə öz növbəsində bizim şəxsi R&D (tədqiqat və inkişaf) fəaliyyətimizin icra olunmasını ehtiva edir, ikincisi, bazarların inkişafı ilə və üçüncüsü, komandamızın genişlənməsi və gələcək inkişafı yolu ilə.
Bu məqsədlərə nail olmaq üçün ən müxtəlif ölkələrdən olan işçiləri motivasiya etməyə necə nail olursunuz?
Monika Wörwag: İşçilərimizi yaxşı tanıdığımız üçün, kadrların inkişafı da şirkətdə son dərəcə əhəmiyyətli bir mövzudur: Biz özümüzü əsasən "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" prinsipinə əsasən fəaliyyət göstərən böyük bir komanda hesab edirik. Biz yeni vasitələri sınaqdan keçirir və təşviq edirik və hər kəs öz sahibkarlıq təfəkkürü və fəaliyyəti ilə bizə kömək edə bilər. Və əgər bütün bunlardan sonra səhvlər aşkar olunarsa, biz səhvləri qəbul edən və onları müsbət şəkildə yönləndirən bir təlim təşkilatıyıq. Bu komanda konsepsiyası hər bir fərdin öhdəliyinə gətirib çıxarır - və bu insanlıq üstəlik birlikdə nail olmaq bacarığı Wörwag Pharma şirkətini təşkil edir.
Buna baxmayaraq, düzgün qərarların qəbul olunması zamanı komanda konsepsiyasını həyata keçirmək, bunu milli və dil sərhədlərindən kənar icra etmək əlbəttə ki, asan deyil.
Monika Wörwag: Əlbəttə ki, mədəni fərqlər böyük çətinlik yaradır. Onları qəbul etmək hər zaman asan deyil – lakin mədəniyyətlərarası fərdilik bizim komanda konsepsiyamızın əsasını təşkil edir. Bu prosesi həyata keçirərkən, biz işçilərimizdən möhtəşəm iş tələb edirik: Dəyişməyə hazır olmaq da bunlar arasında olmalıdır. Bizim brend dəyərlərimizə fəaliyyət, məsuliyyət və identifikasiya daxildir.
Marcus Wörwag: Son illər ərzində bizim komandamız daha da genişlənmişdir. Bir müddət əvvəl ölkə menecer beş işçidən məsuliyyət daşıyırdı, indi isə hər bir ölkə təşkilatı üzrə 100-dən çox işçi mövcuddur. Bu onlardan yüksək ixtisaslılıq və öyrənməyə davam etmək həvəsi tələb edir. Lakin bizim düzgün ierarxiya və şəffaf prosesləri nəticəsində, biz təkcə milli sərhədlərdən kənara çıxmır, hətta insanların zehni sərhədlərindən kənara çıxaraq hər bir kəsi birləşdirməyə müvəffəq oluruq.
Beynəlxalq, yəni qarışıq qruplar daha da əhəmiyyətli hala gəlir. Bir çox ali təhsilli qadın ailə və işi uyğunlaşdırmaq istəyir. Bu çətinlikləri necə tənzimləyirsiniz?
Monika Wörwag: Bildirmək istərdim ki, beləliklə, biz uzun yol keçmişik. Səhiyyə sektorunda olduğu kimi şirkətimizdə bir çox qadın işləyir və onların çoxu lider mövqedədirlər. Bu hər bir fərd və onun dünyagörüşündən asılıdır. Məsələn, işə başladığımız andan etibarən bizim qadın ölkə menecerlərindən ibarət güclü komandamız var, fəlsəfə doktoru dərəcəsini almış qadın həkimlər hələ də bizimlədir. Bir şirkət kimi, biz onları inkişaf etdirmiş, aktiv şəkildə dəstəkləmiş və təşviq etmişik. Hal-hazırda 21 ölkə menecerlərdən 12-i qadındır.
Bizim qadın tərəfindən idarə olunan beynəlxalq marketinq səlahiyyətli şöbəsində müxtəlif millətlərdən olan bir neçə yüksək ixtisaslı qadın da çalışır. Biz qarışıq komandada çalışan işçilərimizin fərdi güclərindən şüurlu şəkildə istifadə edirik. Bu işçilərimizi və şirkətimizi daha da irəli aparır.
Şirkətin gələcəyini necə düşünürsünüz?
Monika Wörwag: Hər şeydən əvvəl, biz bir ailə şirkəti olaraq qalırıq və qalacağıq! Üstəlik, biz bu üstünlükdən necə istifadə edəcəyimizi biləcəyik, çünki bizim praktiki münasibətimiz bizi etibarlı tərəfdaşlara çevirir. Şirkət daxilində qısa qərar qəbuletmə kanalları bizi çevik və tez reaksiya verməyə imkan yaradır. Ən sonuncusu və ən vacibi isə odur ki, bizi gündəlik işimizi görməkdə ruhlandıran komanda ruhudur bu, bizi ən yaxşısına nail olmağa aparan ümumi məqsəddir. Bundan daha yaxşı bir başlanğıc nöqtəsi ola bilməzdi.
Marcus Wörwag: Əlbəttə ki, biz cari dinamik inkişafımızı davam etdirmək istəyirik. İndiyə qədər, çox çalışmışıq və bundan sonra da belə olaraq davam edəcəkdir. Biz bu problemi qəbul edirik, lakin biz insanlar vasitəsilə böyümək istəyirik - bu da məşğulluğu təmin edilməsi deməkdir. Komandalarımız yüksək motivasiyaya malik olduğundan, biz hədəflərimizə nail olacağıq.