Dəmir, fol turşusu və maqnezium - menstrual ağrı və hamiləlik üçün əhəmiyyətli biofaktorlardır

Dəmir, fol turşusu və maqnezium qadın orqanizmi üçün xüsusilə vacib elementlərdir. Onlar qan itkisini və menstrual spazmaları kompensasiya edərək qan formalaşmasında vacib rol oynayırlar. Hamilə və süd verən qadınlarda bu biofaktorların çatışmazlığı uşağın inkişafına mane ola və hətta təhlükə altında qoya bilər. Əsas biofaktorlar olan dəmir, fol turşusu və maqneziumun daxil olduğu balanslaşdırılmış pəhriz özünüzü daha enerjili və sağlam hiss etməklə təchizat azlığının qarşısını ala bilər. Dəmir və maqnezium çatışmazlığının əlamətlərini necə aşkarlamaq və hamiləlik dövründə nə qədər fol turşusunun lazım olduğu barədə öyrənin.

MÖVZUNUN XÜLASƏSİ

Dəmirin vəziyyəti qadınlar üçün xüsusilə vacibdir

Hər birimizin bədənində 4 q dəmir var. Yetərli miqdarda dəmir təchizatı qırmızı qan hüceyrələrinin sintezi və beləliklə bədənimizdə oksigen nəqli üçün vacibdir. Qadınlar üçün qan əmələ gətirən dəmir mineralı yalnız xüsusi hamiləlikdə və laktasiya dövründə deyil, həm də menstruasiya zamanı əvəzolunmazdır. Müntəzəm qan itkisi bir çox qadınlarda dəmir itkisinə gətirib çıxarır və hətta irəliləmiş mərhələdə özünü anemiyada büruzə verən və yorğunluqla, konsentrasiyanın olmaması və fiziki zəifliklə bağlı olan sübut olunmuş dəmir çatışmazlığına gətirib çıxara bilər. Siz belə bir çatışmazlığı həkiminizlə məsləhətləşərək müvafiq dərmanla müalicə etməlisiniz. Dəmir çatışmazlığını nahamar, sınan dırnaqlardan, saç tökülməsindən və soyuğa qarşı həssaslıqdan və ilk növbədə dodaqların və bütün üzün solğunluğundan müəyyən etmək olar.

Əgər dəmir çatışmazlığının sizə təsir etdiyini düşünürsünüzsə, həkimə müraciət edin!

Hansı məhsullar dəmir ehtiva edir

Qaraciyər, qanlı kolbasa və toyuq yumurtaları kimi heyvan mənşəli məhsullar çoxlu dəmir ehtiva edir. Vegetarinalar dəmir ehtiyaclarını qarşılamaq üçün alternativ olaraq mərci (6,9 mq/100 q ilə çox yaxşı dəmir mənbəyidir) və digər paxlalılar yeməlidirlər, çünki onlar yuxarıda göstərilən qanlı kolbasadan daha çox dəmir ehtiva edir. Hətta çuğundur və darı, çovdar və yulaf taxıl növləri kimi qırmızı tərəvəzlər dəmirlə zəngin olan məhsullara aiddir.

Lakin insanlar dəmiri qidadan tamamilə fərqli absorbsiya edirlər - heyvan mənşəli məhsullardan dəmirin təxminən 30%-i istifadə edilir. Müqayisə üçün, bitki əsaslı qidalardan dəmirin yalnız 5%-ə qədəri istifadə edilə bilər. C vitamini ilə kombinasiyası bitki dəmirinin absorbsiya mümkünlüyünü artırır. Buna görə də həmişə C vitamininin kafi təchizatına diqqət yetirmək lazımdır.

Dəmir çatışmazlığı əlamətləri davam edərsə, qəhvə, qara çay və südün həddindən artıq istifadəsini dayandırmalısınız – bunların hamısı dəmirin optimal absorbsiyasını pisləşdirir.

Qadınlar kişilərə nisbətən dəmir çatışmazlığından daha çox əziyyət çəkirlər - sizin dəmirə olan ehtiyacınız bu qədər yüksəkdir!

Max Rubner İnstitutunun araşdırması göstərdi ki, Almaniyada 14-50 yaş arası bütün qadınların 75%-ə qədəri tövsiyə olunan gündəlik 15 mq dəmir göstəricisinə çatmır və dəmir çatışmazlığından əziyyət çəkir. Həyat şəraitindən asılı olaraq, qida cəmiyyətləri dəmirə olan tələbatı ödəmək üçün bundan da yüksək tövsiyə olunan göstəricilər qeyd edirlər. Hamilə və süd verən qadınlar xüsusilə uşaqlarının əlavə ehtiyacları səbəbindən dəmirin daha yüksək miqdarına ehtiyac duyurlar. Vegetarian qadınlar və yüksək qan itkisinə səbəb olan güclü menstruasiyası olanlar da dəmirin fərdi vəziyyətinə diqqət yetirməlidirlər. Qanın bir mililitrində təxminən 0,5 mq dəmir olur - buna görə hər ay əhəmiyyətli miqdarı kompensasiya olunmalıdır ki, bu da, yeri gəlmişkən, qadınların kişilərdən daha az qan verməli olduqlarının səbəbidir. Uşaqlar və təzə yeriməyə başlayan körpələrə sağlam bədən və beyin inkişafı üçün çoxlu dəmir lazımdır. Rəqabət aparan idmançılar divanda uzananlara nisbətən tərlə daha çox dəmir ifraz edirlər; onlar əlavə olaraq əzələ funksiyası və bərpası üçün ona ehtiyac duyurlar. Kişilər qadınlara nisbətən orta hesabla daha çox ət yediklərinə görə onlar üçün daha aşağı qidalanma tövsiyələri olur. Ümumiyyətlə, onlar dəmir çatışmazlığı riskinə məruz qalmırlar və hətta lazım olduğundan daha çox dəmir istehlak edirlər.

Hamilə qalmaq istəyərkən və hamiləlik dövründə fol turşusu - bunlara diqqət yetirməlisiniz

Tam adı pteroilmonoqlutamin turşusu və ya B9 vitamini olan fol turşusu, hamilə qadınlar üçün xüsusilə vacibdir. Əsasən heyvan mənşəli məhsullarda olan B12 vitamini ilə birlikdə fol turşusu fetal hüceyrələrin bölünməsi və fərqləndirilməsi üçün əhəmiyyətli və DNT sintezi üçün vacibdir. Hamiləlikdən başqa, fol turşusunun kafi təchizatı qanın yaranmasına və homosisteinin normal mübadiləsinə kömək etdiyinə görə əhəmiyyətlidir.

Hamiləlik dövründə nə qədər fol turşusu qəbul etməlisiniz?

Hamiləlik dövründə fol turşusunun kifayət qədər qəbul edilməsinə mütləq xüsusi diqqət yetirilməlidir: Hamilə qadınlar üçün fol turşusunun tövsiyə olunan gündəlik dozası 550 µg təşkil edir. DNT struktur olan timinin və əhəmiyyətli amin turşularının sintezi üçün vacib olduğundan, hamiləliyin ilk həftələrində fol turşusu çatışmazlığı embrionun ciddi zədələnməsinə səbəb ola bilər.

Frauengesundheit Kinder

Hər il yenidoğulmuşlarda başın və onurğa beyininin inkişaf qüsurlarına səbəb olan 800-ə yaxın sinir borusunun qüsurları baş verir. Hamiləliyin ilk həftələrində kifayət qədər fol turşusu qəbul olunarsa, sinir borusunun qüsurlarının meydana gəlməsi ehtimalı azalır. Lakin, bütün yaş qruplarından olan qadınların 86%-i tövsiyə olunan fol turşusu miqdarından daha azını qəbul edirlər. Bu bir problemdir, çünki hamiləliyin effektiv olması üçün ilk dörd həftədən gec olmayaraq daha çox fol turşusu qəbul edilməlidir - və hamiləliyin bu erkən mərhələsi barədə çox vaxt xəbərsiz olurlar. Buna görə də Alman qida cəmiyyəti artıq hamilə qalmağa çalışan qadınlara yüksək miqdarda fol turşusu qəbul etməyi tövsiyə edir: Hətta mayalanmadan əvvəl onlar əlavə sintetik Fol turşusunu (400 µg-ə qədər) qəbul etməlidirlər.

Bu məhsullar fol turşusu ehtiva edir

İnsan orqanizmi bu vacib vitamini sintez etmək iqtidarında deyil və buna görə onun qida vasitəsilə xaricdən təchizatından asılıdır. Fol turşusu, məsələn, buğda mayası və buğda cücərtilərində, eləcə də ispanaq, mərcimək, dana qaraciyəri, yumurta və günəbaxan tumlarında olur. Fol turşusu yüksək temperaturlara dözmür və yemək prosesində bir qədər məhv olur. Bundan əlavə, tərkibində yüksək miqdarda A vitamini olduğuna görə hamiləlik zamanı heyvanların içalatını (əslində fol turşusu ehtiva edən) yemək tövsiyə olunmur. Adi pəhriz vasitəsilə fol turşusuna olan çox yüksək tələbatı ödəmək çətin olduğundan, ginekoloqlar çox vaxt hamilə qadınlara və hamilə olmağa çalışanlara qida əlavələrini qəbul etməyi məsləhət görürlər.

Maqnezium çatışmazlığı xüsusilə menstruasiya və hamiləlik zamanı qadınlara təsir göstərir

Maqnezium əsasən sümük və əzələlərdə olur. O, insan bədənində sümüklərin və dişlərin qorunması kimi bəzi mühüm funksiyaları yerinə yetirir və əzələlərimizin rahatlaşması və bərpasına görə cavabdehdir. Maqnezium kalsium ilə birlikdə əzələ funksiyasını tənzimləyir.

Frauengesundheit

Kalsium əzələ tonusu üçün istifadə edildiyi halda, maqnezium bədənin bütün əzələlərini sabitləşdirməyə və boşaltmağa kömək edir. Beləliklə, maqnezium çatışmazlığı özünü əzələ spazmalarında və gərginliklərində göstərir ki, bu da menstruasiya və hamiləlik dövründə qadınlara xüsusilə təsir göstərə bilər.

Hamiləlik zamanı maqnezium çatışmazlığı əlamətləri

Hamiləlik və ana südü ilə bəsləmə -bir qadının həyatında maqneziumun yüksək miqdarda lazım olduğu iki dövrdür. Hamiləlik dövründə maqnezium çatışmazlığının ilk əlamətləri qəbizlik, hamilə qadınlarda daha güclü qusma və baldır qıcolmaları ola bilər. Maqneziumun çatışmazlığı hamiləlik vaxtı əslində "yalnız" əzələ qıcolmaları olan vaxtından əvvəl sancılar başladıqda problemli olur. Bundan əlavə, uşaqlıqda qan axını azala bilər. Bəzi tədqiqatların göstərdiyi kimi, kafi maqnezium təchizatı erkən doğum riskinin qarşısını ala bilər. Buna görə hamilə qadınlara yaşından asılı olaraq gündəlik maqnezium dozasını (310-350 mq) qəbul etməyi məsləhət görürlər. Ana südü ilə körpəyə hər litr ilə 33 və 37 mq maqnezium çatdırıldığından süd verən qadınlara daha çox maqnezium lazım olur. Bu qadınlar üçün tövsiyə olunan gündəlik doza təxminən 390 mq-dir.

Maqnezium çatışmazlığı menstrual ağrıları artıra bilər

Alman Qida Cəmiyyəti göstərir ki, yetkin qadınlar üçün maqneziumun "normal" gündəlik dozası 300-310 mq təşkil edir. Menstruasiya zamanı maqnezium çatışmazlığı menstrual ağrıları, mədə spazmalarını və "menstrualöncəsi sindromu"nu artırır. Buna görə də, əgər siz artıq şiddətli menstrual ağrılardan əziyyət çəkirsinizsə, bu sadəcə maqnezium çatışmazlığı ola bilər. Almaniyada qadınların təxminən 29%-i maqneziumun lazımi miqdarından daha azını qəbul edir. Bu, xüsusilə 15-19 yaş arası gənc qadınlara aiddir. Onların 56%-i hətta gündə tövsiyə olunan 350 mq gündəlik dozasına da çatmırlar.

Hansı qidalar çoxlu miqdarda maqnezium ehtiva edir?

Maqneziuma olan normal ehtiyacı asanlıqla çoxlu miqdarda maqnezium ehtiva etdiyinə görə qoz-fındıq, bütün taxıl məhsulları, paxlalılar və süd məhsullarının daxil olduğu balanslaşdırılmış pəhriz ilə təmin edilə bilər. Şokolad həvəskarları üçün yaxşı xəbər: Kakao tozunun yüksək maqnezium tərkibi sayəsində, acı şirin şokoladda da əhəmiyyətli miqdarda maqnezium olur, lakin səhər süd ilə tam taxıllı müsli maqnezium tarazlığını yaxşı tənzimlənmiş saxlamağa kömək edir. Mineral su aldığınız zaman da maqneziumun miqdarına diqqət yetirmək lazımdır. Alkoqol istehlakı da maqnezium çatışmazlığına səbəb ola bilər. Onun diuretik təsiri maqnezium və minerallar, mikroelementlər və vitaminlər kimi digər əhəmiyyətli biofaktorların ifrazını artırır.

© 2016 Wörwag Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasınaimic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

Read more