- Tətbiq sahələri
Diabetik polinevropatiyalarda hissiyat pozğunluğu.
- Təsiredici maddə və tərkibi
Təsiredici maddə: 50 ml-lik flakonda 1167,70 mq alfa-lipoy turşusunun meqlumin duzu (600 mq alfa-lipoy turşusuna ekvivalentdir) vardır.
Köməkçi maddələr: meqlumin, makroqol 300, inyeksiya üçün su.
Alfa-lipoy turşusu 600 mq
- Doza və tətbiq metodu
Fərdi və gündəlik doza
Böyüklərdə aydın nəzərə çarpan diabetik polineyropatiyalarda gündə 600 mq alfa-lipoy turşusu vena daxilinə yeridilir (Tioqamma Turbo-nun 1 inyeksion flakona ekvivalentidir).
İstifadə qaydası və müddəti
İnyeksiya məhlulu müalicənin başlanğıc fazasında 2-4 həftə ərzində vena daxilinə yeridilir.
Məhlul ən azı 30 dəq ərzində qısa infuziya formasında yavaş-yavaş vena daxilinə yeridilməlidir. İnfuziya standart infuziya ləvazimatları və təchiz olunan işıq keçirməz torba vasitəsilə birbaşa şüşədən daxil edilməlidir. Təsiredici maddə işığa həssas olduğundan flakon saxlandığı qutudan istifadə olunmazdan bilavasitə əvvəl çıxarılmalıdır. İnfuziya müddətinin ən azı 30 dəq olmasına əmin olmaq lazımdır.
Növbəti müalicə alfa-lipoy turşusunun oral qəbul üçün münasib olan 300 mq və 600 mq-lıq formalarından istifadə olunmaqla aparılmalıdır.
- Qablaşdırma ölçüsü
- İçərisində 50 ml infuziya üçün məhlulu olan 10 ədəd flakon və 10 ədəd işıqdan qorumaq üçün kisə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Infuziya üçün məhlul
- Yükləmələr