Doza və tətbiq metodu Daxilə qəbul olunur.
Qabaqamma preparatı qida ilə birlikdə və ya onsuz müəyyən miqdarda maye (məsələn 1 stəkan su) ilə daxilə qəbul edilir.
Böyüklərdə və 12 yaşdan yuxarı yeniyetmələrdə bütün göstərişlər zamanı başlanğıc doza və onun tənzimlənməsi aşağıdakı cədvəldə göstərildiyi kimi aparılır
Cədvəl 1.
Dozanın artırılması
1-ci gün 2-ci gün 3-cü gün
300 mq gündə 1 dəfə 300 mq gündə 2 dəfə 300 mq gündə 3 dəfə
Qabapentinin qəbulunun dayandırılması.
Qabaqammanın qəbulunu həkimin məsləhəti olmadan dayandırmayın.
Müasir klinik təcrübələrə əsasən, preparatın qəbulu dayandırılmalıdırsa, göstərişlərdən asılı olmayaraq tədricən—ən azı 1 həftə ərzində edilməlidir.Qabaqammanın qəbulunu birdən və ya həkimin ğöstərişindən öncə dayandırdığınız halda qıcolma riskini artırmış olursun.
Epilepsiya
Epilepsiya adətən uzunmüddətli müalicənin aparılmasını tələb edir. Doza preparata dözümlülüyə və onun effektivliyinə uyğun olaraq müalicə həkimi tərəfindən müəyyən edilir.
Böyüklərdə və yeniyetmələrdə:
Klinik tədqiqatlarda effektiv doza diapazonu 900-3600 mq/gün olmuşdur. Müalicəyə cədvəl 1-də göstərilən qaydada və ya 1-ci gün 300 mq-dan gündə 3 dəfə qəbul etməklə başlanıla bilər. Sonra xəstələrin preparata fərdi dözümlülüyündən və onun effektivliyindən asılı olaraq doza hər 2-3 gündən bir 300 mq/gün qədər artırılmaqla maksimal 3600 mq/gün-ə qədər çatdırıla bilər. Qabapentinin dozasının zəif artırılması fərdi xəstələrdə lazım ola bilər. 1800 mq/gün dozaya çatmaq üçün minimal müddət 1 həftə, 2400 mq/gün dozaya çatmaq üçün 2 həftə, 3600 mq/gün dozaya çatmaq üçün isə 3 həftədir.
Gündəlik maksimal doza 3 bərabər dozaya bölünməli və qıcolmaların qarşısını almaq məqsədilə dozaların qəbulu arasındakı maksimal interval 12 saatdan çox olmamalıdır.
6 yaşdan yuxarı olan uşaqlar.
Başlanğıc doza 10-15 mq/kq/gün intervalında olmalıdır. Effektiv dozaya təxminən 3 gün ərzində dozanın tədricən artırılması yolu ilə çatılır. 6 yaş və yuxarı olan uşaqlarda qabapentinin effektiv dozası 25-35 mq/kq/gün-dür. Uzun müddət aparılan klinik təcrübələrdə 50 mq/kq/gün-ə qədər olan dozaya tolerantlığın yaxşı olduğu qeyd edilmişdir. Gündəlik maksimal doza 3 bərabər dozaya bölünməli və qıcolmaların qarşısını almaq məqsədilə dozaların qəbulu arasındakı maksimal interval 12 saatdan çox olmamalıdır.
6 yaşdan aşağı uşağların isitfadəsi məsləhət görülmür.
Periferik neyropatik ağrılar.
Böyüklər:
Müalicəyə cədvəl 1-də göstərilən qaydada dozanı artırmaqla, yaxud da 300 mq-dan gündə 3 dəfə qəbul etməklə başlamaq olar. Sonra xəstələrin preparata fərdi dözümlülüyündən və onun effektivliyindən asılı olaraq doza hər 2-3 gündən bir 300 mq/gün qədər artırılmaqla maksimal 3600 mq/gün-ə qədər çatdırıla bilər. Qabapentinin dozasının zəif artırılması fərdi xəstələrdə lazım ola bilər. 1800 mq/gün dozaya çatmaq üçün minimal müddət 1 həftə, 2400 mq/gün dozaya çatmaq üçün 2 həftə, 3600 mq/gün dozaya çatmaq üçün isə 3 həftədir.
Ağrılı diabetik neyropatiya kimi periferik neyropatik ağrıların müalicəsində və herpesdən sonrakı nevralgiyalarda müalicə müddəti 5 aydan artıq olan hallar üçün preparatın effektivliyi və təhzlükəsizliyi klinik tədqiqatlarda öyrənilməmişdir. Əgər xəstələr 5 aydan artıq müalicəni davam etdirəərlərsə, onda müalicə həkimi xəstənin klinik statusunu qiymətləndirməli və əlavə müalicənin lazım olub-olmamasını müəyyən etməlidir.
Bütün göstərişləri əhatə edən təlimat.
Zəifləmiş xəstələrdə, eləcə də ümumi vəziyyəti ağır, aşağı bədən çəkisi olanlarda, orqanların transplantasiyasından sonra dozanın artırılması tədricən 100 mq-lıq dozalardan istifadə etməklə aparılmalıdır.
Qoca yaşlılarda istifadəsi (65 yaşdan yuxarı)
Yaşla əlaqədar olaraq böyrəklərin funksiyasının zəifləməsi ehtimalı olduğundan qoca yaşlı xəstələrdə dozanın tənzimlənməsi tələb oluna bilər (bax cədvəl 2).
Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi
Böyrək çatışmazlığı olan xəstələrdə qabapentinin dozasının tənzimlənməsi aşağıdakı cədvəl üzrə üzrə aparılmalıdır:
Cədvəl 2.
Kreatinin klirensi (ml/dəq) Total gündəlik doza (mq/gün) a
>80 900-3600
50-79 600-1800
30-49 300-900
15-29 150 b -600
<15 150 b -300
a –total gündəlik doza 3 bölünmüş doza şəklində qəbul edilməlidir. Azaldılmış doza böyrək çatışmazlığı olan xəstələr üçündür (kreatinin klirensi < 79 ml/dəq)
b – -300 mq-dan günaşırı təyin edilməlidir.
Hemodializdə olan xəstələrdə istifadəsi
Əvvəllər qabapentin qəbul etməmiş hemodializdə olan anuriyalı xəstələrdə preparat 300-400 mq dozada təyin edilir, sonra isə 200-300 mq-dan hemodializin hər 4 saatından bir qəbul edilir. Dializ aparılmayan günlərdə qabapentinlə müalicə aparılmamalıdır.
Böyrək çatmamazlığı olan və hemodializli xəstələrdə qabapentinin dəstəkləyici dozası cədvəl 2-də tövsiyyə olunan dozalanmaya əsaslanmalıdır. Dəstəkləyici dozaya əlavə olaraq hemodializin hər 4 saatından bir 200-300 mq qəbul edilməlidir.