- Tətbiq sahələri
Monopreparatların müəyyən edilmiş yeganə terapevtik göstərişləri, B1 vitamininin çatışmazlığını pəhriz vasitələrinin köməyi ilə müalicəsi mümkün olmadıqda, onların monopreparatların köməyilə müalicəsi və profilaktikasıdır.
Klinik diaqnozlaşdırılmış B1 vitamin çatışmazlığı aşağıdakı hallarda baş verə bilər:
Qeyri-kafi pəhriz və az yemək (məsələn, beri-beri), uzunmüddətli parenteral qidalanma, aclıq üçün pəhriz saxlamaq, hemodializ, malabsorbsiya, xronik alkoqolizm (alkoqolla toksik kardiomiopatiya, Vernikenin ferment xəstəliyi, Korsakov sindromu), tələbatın artması (məsələn, hamiləlik və lakta-siya dövrü).
B1 vitamin çatışmazlığı nəticəsində yaranan nevropatiyanın və ürək-damar xəstəliklərinin müalicəsi.
- Təsiredici maddə və tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 300 mq benfotiamin (B1 vitamininin yağda həll
olan törəməsi) vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, talk, povidon (K30), yüksək dispers silisium dioksid,
kroskarmelloza natrium, yüksək zəncirli parsial qliseridlər, hipromelloza, titan
dioksid, polietilenqlikol, natrium saxarin
Benfotiamin 300 mq
- Doza və tətbiq metodu
Həmişə milqamma® protekt 300-ü bu içlik vərəqədə təsvir edilən təlimatlara və ya həkiminizin və ya əczaçının dediklərinə dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər həkiminiz milqamma® protekt 300-ü fərqli təyin etməmişdirsə, o zaman aşağıdakı təlimatlara əməl edin. Lütfən, bu dərman preparatının qəbuluna dair təlimatlara əməl edin, əks halda milqamma® protekt 300 arzuolunan effekti verməyəcək!
Tövsiyə olunan doza gündə 1 örtüklü tabletdir.
Örtüklü tabletlər bütöv halda müəyyən qədər maye ilə içilərək qəbul edilməlidir. Neyropatiyanın müalicəsi zamanı milqamma® protekt300-ü əvvəlcə 3 həftədən az olmayan müddət ərzində qəbul etmək lazımdır. Sonrakı müalicə müalicənin uğurundan asılıdır.
Böyüklər
Həkim resepti olmadığı hallarda, klinik B1 vitamini çatışmazlığının müalicəsi zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tabletdir.
Pəhriz vasitəsilə bərpa etmək mümkün olmadıqda, klinik B1 vitamini çatışmazlığının baş verdiyi halların profilaktikası zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tabvlet təşkil edir.
Uşaqlar və yeniyetmələr
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Yaşlı pasiyentlər
Yaşlılar üçün normal doza rejimi tövsiyə olunur.
Böyrək çatışmazlığı olan pasiyentlər
Bu cür xəstələr Milqamma Protekt tabletlərini normal dozada qəbul edə bilərlər.
Qaraciyər çatışmazlığı olan pasiyentlər
Qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
İstifadə müddəti
Milqamma® protekt 300-ün qəbul müddəti müalicənin nə dərəcədə uğurlu olmasından asılıdır.
4-həftəlik müalicədən sonra müalicəyə cavab olmazsa və ya qeyri-kafi olarsa, simptomların müalicəsi yenidən nəzərdən keçirilməlidir.
Əgər Sizdə milqamma® protekt 300-ün təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğu barədə təəssürat yaranmışdırsa, lütfən, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər milqamma® protekt 300-ün qəbulunu unutmusunuzsa
Əgər əvvəlki dozanın qəbulunu unutmusunuzsa, ikiqat doza qəbul etməyin. Gələcəkdə dərmanı müntəzəm olaraq qəbul etməyə cəhd edin.
Əgər milqamma® protekt 300-ün qəbulunu dayandırırsınızsa
Əgər Siz, dərmanın qəbulunu dayandırsanız, müalicənin uğurunu risk altında qoymuş olarsınız. Əgər Sizdə arzuolunmaz əlavə təsirlər meydana çıxarsa, lütfən, sonrakı müalicəni həkiminizlə müzakirə edin.
Əgər Sizdə bu dərmanın istifadəsinə dair əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
- Qablaşdırma ölçüsü
- Yükləmələr