Bu preparat, böyüklərdə və 12 yaşlı və 12 yaşdan yuxarı uşaqlarda dəmir və fol turşususunun birlikdə çatışmazlığı nəticəsində yaranan anemiyanın müalicəsi üçün istifadə olunur. O, hamiləlik dövründə həmçinin, eyni vəziyyətin profilaktikası üçün də istifadə olunur.
Tövsiyə olunan doza gündə 3 dəfə 1-2 tablet təşkil edir (gündə 3x1-2 tablet). Hamilələrdə istifadəsi Gündə 3 x 1 qastro-rezistent tablet. 12 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadəsi Tövsiyə olunan doza gündə 3 dəfə 1-2 tablet təşkil edir (gündə 3x1-2 tablet). Tabletlər acqarına və ya qida qəbulu zamanı udulmalıdır. Tableti bütöv şəkildə su ilə udmaq lazımdır. Tabletləri sormaq, çeynəmək və ağızda saxlamaq olmaz. Əlavə məlumat üçün bax: „İstifadə qaydası və dozası”.